Polis 31 kiloqram narkotik vasitə aşkar edib
02.11.2024 [11:42]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə mübarizə tədbirləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sonuncu əməliyyat zamanı mütəşəkkil dəstənin üzvləri - Ceyhun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar. Onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.