MƏDƏNİYYƏT


Parisdə Rex kinoteatrında 2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılışı olub

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyin dəstəyi ilə Parisdə Rex kinoteatrında 2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın Fransadakı səfiri Sadıq Şer-Niyaz çıxış edərək festivalı açıq elan edib. Festivala verdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya və UNESCO yanında daimi nümayəndə Elman Abdullayevə təşəkkürünü bildirib. O, festivalın iki ölkənin mədəniyyət və incəsənət sahəsində Parisdəki birgə fəaliyyətlərinin başlanğıcı olduğunu deyib. Birgə fəaliyyətin daha da dərinləşəcəyinə və davamlı olacağına inandığını qeyd edib.