CƏMİYYƏT


Britaniya səfiri: Bir neçə gündən sonra bütün dünyanın ürəyi Bakıda döyünəcək

Artıq gələn həftə ən vacib beynəlxalq tədbir olan COP29 başlayır. Baş nazirimiz, xarici işlər katibimiz, enerji təhlükəsizliyi və “xalis sıfır” üzrə dövlət katibimiz və bir sıra digər Britaniya nazirləri, rəsmiləri, elm adamları, vətəndaş cəmiyyəti nümayəndələri və iş adamları Azərbaycana gələcək. Bir neçə gündən sonra bütün dünyanın ürəyi Bakıda döyünəcək. Britaniya hökuməti olaraq bizim missiyamız aydındır. Missiyamız indi və gələcəkdə hamı üçün yaşanıla bilən planetdir. Bu, olduqca ağır missiyadır.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld noyabrın 7-də ADA Universitetində YOUNGO və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu konfransında (COY19) deyib.