CƏMİYYƏT


Füzulidə Zəfər Gününə həsr edilən atəşfəşanlıq olub

2023-ci ildə Böyük Qayıdışın ünvanlarından biri də Füzuli şəhəri oldu. Bir zamanlar erməni işğalı zamanı xarabalığa çevrilən şəhər indi yenidən dirçələrək həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr Zəfər Günü bayramını da və öz doğma yurdunda qeyd edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhərində Zəfər Günü münasibəti ilə keçirilən silsilə tədbirlər atəşəfşanlıqla yekunlaşıb. Zəfər Günü ilə bağlı Füzulidə ağacəkmə aksiyası keçirilib, rəsm sərgisi nümayiş olunub və konsert proqramı təşkil edilib.

Hazırda Füzuli şəhərində 822 ailə olmaqla 3132 nəfərin məskunlaşması təmin edilib.