CƏMİYYƏT


Bakıda COP29-la bağlı Məlumat mərkəzləri fəaliyyətə başlayıb

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, yeni fəaliyyətə başlayan COP29 Məlumat mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır. COP29 Məlumat mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.