Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11.11.2024 [17:34]

Xəbərin mətni

Bakıda keçirilən COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “The Extreme Hangout” təşkilatının nümayəndəsi Catherine Batley bildirib ki, Azərbaycanda COP29 üçün “Extreme Hangout” (EXH@COP29) Yaşıl Zonanın rəsmi hissəsidir və dünyaya iqlim böhranı ilə mübarizədə sadiq olduqlarını göstərmək istəyən təşkilatlar üçün bir sıra maraqlı tərəfdaşlıq imkanları təqdim edir.