Çin COP29-da sıfır emissiya səylərini birləşdirməyə çağırıb
13.11.2024 [15:53]
Xəbərin mətni
Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim konfransı çərçivəsində “Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” mövzusunda konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Çin Xalq Respublikasının nümayəndə heyəti tərəfindən təşkil olunub və müvafiq olaraq bu nümayəndə heyətinin COP29-dakı “Mavi Zona” pavilyonunda keçirilib.