Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
13.11.2024 [20:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı.