CƏMİYYƏT


Cəbrayılın qızıl payızı

2020-ci ilin payızı... Xalqımızın həyatında ən unudulmaz və yaddaşlarda iz buraxan fəsil oldu. Cəmi 44 gün çəkən Vətən müharibəsinin başlandığı payız fəslində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Müharibənin səkkizinci günü – oktyabrın 4-də Azərbaycan Ordusunun Cəbrayıl şəhəri və bir neçə kəndi azad etməsi xəbəri də sanki payızın xalqımıza xoş müjdəsi idi.