CƏMİYYƏT
COP29 Prezidenti: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
18.11.2024 [12:02]
Xəbərin mətni
“Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini təqdim etməkdən qürur duyuram. Bəyannamə şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etməklə bağlı bizim kollektiv əzmimizi vurğulayır. Bəyannamə Bakı Şəffaflıq Platforması ilə paralel işləyəcək”.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstan Respublikasının nazirlərinin iştirakı ilə "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.