Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair yüksəksəviyyəli iclas keçirilib

18.11.2024 [16:14]

Xəbərin mətni

Noyabrın 18-də COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 Sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair yüksəksəviyyəli iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, birgə iclasın əsas məqsədi insan inkişafına investisiya qoyulmasının iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub.