COP29: "Uşaqlar və gənclərin iqlim fəallığı" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib
18.11.2024 [19:44]
Xəbərin mətni
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Uşaqlar və gənclərin iqlim fəallığı" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir COP29-un Gənc İqlim Çempionu Leyla Həsənovanın moderatorluğu ilə təşkil olunub.