CƏMİYYƏT


BMqT: Effektiv iqlim tədbirləri dünyada yerdəyişməni 80 faiz azalda bilər

Beynəlxalq Miqrasiya Təşkilatının Dünya Miqrasiya Hesabatına əsasən, 280 milyondan çox insan doğulduğu yerdən kənarda yaşayır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini xanım Uqoçi Daniels BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən yüksəksəviyyəli panel iclasda deyib.