Muxtar Babayev: Ümumi məşğulluğun 36 faizi kənd təsərrüfatı sahəsindədir
19.11.2024 [11:18]
Xəbərin mətni
“Ümumi məşğulluğun 36 faizi kənd təsərrüfatı sahəsindədir. Burada dayanıqlı transformasiya və keçid məsələləri mühüm məqamlardır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” adlı tədbirin açılışında deyib.