Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üzvi tullantılardan metan emissiyalarının azaldılması mövzusunda yüksəksəviyyəli tədbir keçirilib

19.11.2024 [14:30]

Xəbərin mətni

COP29 çərçivəsində ərzaq, kənd təsərrüfatı və su tematik günündə üzvi tullantılardan metan emissiyalarının azaldılması mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək üzvi tullantıların metan emissiyalarının əsas mənbələrindən biri olduğunu və bu emissiyaların azaldılmasının iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayıb.