CƏMİYYƏT


Nigar Arpadarai: Xəzər qapalı dəniz olduğu üçün çox “həssas”dır

İqlim dəyişikliyinin təsirini və Xəzər dənizinin bu təhlükələrə həssaslığını hər gün gözlərimizlə görürük. Xəzər dənizi unikaldır. O, dünyanın ən böyük daxili su hövzəsidir, Azərbaycan və region üçün mühüm sərvətdir. Çünki o, sahilyanı dövlətlər üçün biomüxtəlifliyimizi, iqtisadiyyatımızı və icmalarımızı dəstəkləyən ən böyük təbii resursdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Xəzər dənizinin ekologiyası mövzusunda keçirilən QHT-lərin beynəlxalq forumunda söyləyib.