CƏMİYYƏT


COP29 çərçivəsində iqlimə dayanıqlı aqrar sektorun inkişafına dair tədbir keçirilib

Bakıda COP29 çərçivəsində “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə keçirilən tədbirdə AKİA-nın rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla, özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.