CƏMİYYƏT
AQTA sədri: Qida təhlükəsizliyi vahid sağlamlığın mühüm tərkib hissəsidir
“Müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edir və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndiririk”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada keçirilən “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.