CƏMİYYƏT
Vüqar Qurbanov: İqlim dəyişiklikləri insanlar arasında yayılan xəstəliklərin növlərinə təsir göstərir
“TƏBİB tabeliyində olan dövlət xəstəxanaları vasitəsilə bütün ölkə ərazisində əhaliyə tibbi xidmət göstərir. Biz sadəcə şəhərlərdə deyil, eyni zamanda, fərqli coğrafi zonalarda və fərqli iqlim şərtləri altında 24 saat/7 gün fasiləsiz, keyfiyyətli tibbi xidmət göstərməliyik. Beləliklə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələri iqlim şəraitindən asılı olmayaraq əhaliyə xidmət göstərməyə hazır olmalıdır. Bu məqsədlə biz təbiətdə baş verə biləcək hadisələri izləməli və tibb müəssisələrinin infrastrukturunun modernləşdirilməsi cəhətdən bu hadisələrə hazırlıq səviyyəsini yüksəltməliyik”.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.