Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Teymur Musayev: İqlim dəyişikliyi səhiyyə sahəsində milli strategiyaların işlənib hazırlanmasını zəruri edir

19.11.2024 [18:41]

Xəbərin mətni

Dəyişən iqlim qarşısında dayanıqlılığın artırılması gücləndirilmiş hazırlıq və iqlimlə bağlı çətinliklərdən xilas olmaq bacarığı tələb edir. İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin vaxtında və effektiv şəkildə aradan qaldırılması çoxsahəli milli strategiyaların işlənib hazırlanmasını zəruri edir. Bu strategiyalar əhalinin sağlamlığını qorumaq, səhiyyə sistemlərinin uyğunlaşmasını təmin etmək və ətraf mühitin dəyişməsi ilə bağlı riskləri minimuma endirmək məqsədi daşımalıdır.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “Vahid sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.