CƏMİYYƏT


Muxtar Babayev: Turizm iqlim dəyişikliyinin təsirlərinə qarşı həssas sahədir

Dünya Səyahət və Turizm Şurasının ən son məlumatlarına görə, turizm sektoru qlobal ÜDM-in 10 faizini yaradır və hər 10 nəfərdən biri bu sahədə işləyir. Bir çox inkişaf etməkdə olan ölkələr, o cümlədən kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün turizm həyat mənbəyidir – əhalini gəlir, məşğulluq və xarici valyuta ilə təmin edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri noyabrın 20-də Bakıda COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev səsləndirib.