CƏMİYYƏT


COP29-un Prezidenti: Karbon emissiyalarının 70 faizi şəhərlərin payına düşür

Dünya əhalisinin yarısından çoxu şəhər ərazilərində yaşayır. Bu sayın 2050-ci ilə qədər 70 faizə yaxın artmağı proqnozlaşdırılır. Gələn 5-7 il ərzində isə şəhərdə yaşayan əhali sayının 500 milyondan çox olması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib.