İQTİSADİYYAT


Komitə sədri: Azərbaycan şəhərsalma ilə birlikdə gələn problemlərin həllinə sadiqdir

Bu platformanı yaratmaqla BMT-nin Məskunlaşma Proqramı bizə dövrümüzün ən aktual problemlərindən biri – urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsi ilə bağlı açıq, konstruktiv dialoq və əməkdaşlıq etmək üçün əvəzolunmaz imkan yaratdı. Azərbaycan üçün bu hadisə xüsusi əhəmiyyət kəsb edir, çünki biz həm gələcəyimizin, həm də planetimizin gələcəyinin formalaşmasında şəhərlərin mühüm rolunu dərk edirik.
AZƏRTAC xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.