COP29-la bağlı ölkəmizə gələn turistlər miniatür xalçalar almağa üstünlük verirlər
20.11.2024 [18:11]
Xəbərin mətni
Respublikamızda ən qədim tətbiqi sənət növlərindən olan xalçaçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti xalçaçılığın inkişafına dəstək tədbirlərini gücləndirməklə regionlarda iqtisadi aktivliyi təmin etmək, xarici bazarlara qeyri-neft sektorundan ixrac həcmlərini artırmaq kimi məqsədləri hədəfləyib. Regionlarda xalçaçılıq üzrə yeni istehsalatların fəaliyyətə başlaması bunun əyani sübutudur. Bu gün elə bir bölgə yoxdur ki, orada xalçaçılıq sexləri fəaliyyət göstərməsin. “Azərxalça” ASC-nin Lənkəran filialı da onlardan biridir.