CƏMİYYƏT


Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji problemlərdən minimal itkilərlə çıxmağın əsas şərtidir

Bu gün iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlər, habelə digər qlobal ekoloji problemlər bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaradır. Ölkələr və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsi bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərtidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29 Təşkilat Komitəsinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib.