BMT-nin Baş katibi: G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi
21.11.2024 [15:50]
Xəbərin mətni
Rio-de-Janeyroda G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi. AZƏRTAC-ın məlumatına görə, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sammit zamanı G20 liderlərini öz nazirlərinə və danışıqlar aparan şəxslərə COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırıb.