CƏMİYYƏT


COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib

COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir COP29 Sədrliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də səmərəli və ədalətli iqlim fəaliyyətinin əsasını təşkil edir. İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, xüsusən də gender əsaslı bərabərsizlikləri daha da dərinləşdirir. Qadınlar və qızlar xüsusilə həssas qruplardır və iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas rol oynayırlar.