CƏMİYYƏT


Antonio Quterreş: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik

Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Maliyyə artımının vacibliyini vurğulayan Baş katib bildirib: “Bütün tərəflərin 1,5 dərəcə ilə uyğunlaşdırılmış yeni milli planlar təqdim etmələrini təmin etmək də vacibdir. Hər bir hökumətə, eyni zamanda, emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz bərpaolunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı vermək lazımdır”.