Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 çərçivəsində Rio-Trio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib

21.11.2024 [17:33]

Xəbərin mətni

COP29 Sədrliyi və Rio Konvensiyaları (UNFCCC,CBD, UNCCD) ilə əməkdaşlıq çərçivəsində Rio-Trio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək bildirib ki, Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Üçlüyü” təşəbbüsü çərçivəsində gələcək əməkdaşlıq davam etdiriləcək.