CƏMİYYƏT


COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim, təbiət və insanlar üçün meşə: Meşələr üçün iqlim maliyyəsinin artırılması” mövzusunda yüksəksəviyyəli toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyi və BMT-nin Meşələr Forumunun (UNFF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı tərəflərin nümayəndələri ilə birgə Braziliya, Birləşmiş Krallıq, Konqo Demokratik Respublikası, Kanada, Surinam və Yaponiyanın Ətraf Mühit nazirliklərinin rəsmiləri, həmçinin BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı, Yaşıl İqlim Fondu, Qlobal Ətraf Mühit Fondu və Asiya İnkişaf Bankının əməkdaşları iştirak ediblər.