CƏMİYYƏT


Kür qırağının payız mənzərələri

Əsrlər boyu şairlərin, bəstəkarların ilham mənbəyi olan, gah “ana Kür”, gah da “dəli Kür” deyərək, gözəlliyi vəsf edilən Kür çayının sahilindəyik. Ətrafı bürüyən sakitliyin qoynunda misilsiz təbiət gözəllikləri ilə əhatə olunan Kürü, çay boyu uzanan Tuqay meşələrini, payızın qızılı sarı rənglərinin suda əksini seyr etdikcə təbiətin sehrinə düşməmək mümkün deyil.