SİYASƏT
Annalena Berbok: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə və mitiqasiya əsas rol oynayır
22.11.2024 [16:12]
Xəbərin mətni
Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində noyabrın 22-də keçirilən mətbuat konfransında aparılan müzakirələrin əsas istiqamətləri barədə danışıb. O, konfransın əsas məqsədinin maliyyə məsələlərini həll etmək olduğunu vurğulayaraq deyib: “COP konfransı aydın olduğu kimi, maliyyə məsələləri ilə bağlıdır. Biz 2035-ci ilədək iqlim dəyişmələrinin təsirindən yaranan itki və zərərin aradan qaldırılması və adaptasiya tədbirlərinin necə həyata keçirilməli olduğunu dəqiq müəyyən etməliyik. Lakin, eyni zamanda, aydındır ki, iqlim maliyyələşdirilməsi mitiqasiya olmadan mümkün deyil”.