COP29-da aksiya: İştirakçılar iqlim maliyyəsi tələb edir
23.11.2024 [14:06]
Xəbərin mətni
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən məkanda noyabrın 23-də daha bir etiraz aksiyası olub.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları “İqlim maliyyəsi üçün ödə!”, “Ya ödə, ya sus!”, “Qlobal şimal, ödə!”, “Trilyonlarla ödə, milyardlarla yox!” kimi pankart açıb, şüarlar, bəyanatlar səsləndiriblər.