CƏMİYYƏT


Vətən müharibəsində Azərbaycan bayrağı tikən pakistanlı: Mən bu xalqın sevincini, kədərini özümünkü bilirəm

44 günlük Vətən müharibəsi. Həmin günlərdə hər bir insan öz peşəsi və bacarığı ilə ordumuza kömək etmək, dəstək olmaq üçün bütün gücünü səfərbər etdi. Bu qəhrəmanlıq dastanında dərzilər də özünəməxsus yer tutdular. Gecə-gündüz yorulmadan çalışan bu fədakar insanlar Azərbaycan bayraqlarını tikməklə milli ruhun yüksəldilməsinə və döyüşçülərin mənəvi dəstəyinə böyük töhfə verdilər.
AZƏRTAC-ın bölgə müxbiri həmin dərzilərdən biri - Pakistandan olan 42 yaşlı Asim Əli ilə görüşüb.