Kəlbəcərin azadlığının 4-cü ili
25.11.2024 [17:49]
Azadlığına qovuşduqdan sonra Kəlbəcərdə genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Bu ərazinin mürəkkəb relyefi nəzərə alınaraq, daha rahat gediş-gəliş üçün Yeni Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinə başlanıldı. Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrindən başlayan Murovdağ silsiləsinin hündürlüyü 1700 metrdən 3260 metrə qədər artır. Bu bölgədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam edir.