CƏMİYYƏT


COP29-da əldə edilən qərarlar növbəti COP tədbirləri üçün önəmli rol oynayacaq

Çox qısa bir zaman ərzində hazırlaşdığımız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ölkəmizdə uğurla başa çatdı. COP29-da əldə edilən tarixi razılaşma çərçivəsində, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək olmaq üçün hər il 300 milyard dollar ayırmağı öhdəlik kimi qəbul etdilər. Bu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması məqsədilə mövcud maliyyə resurslarının üç dəfə artırılması deməkdir.