Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq

27.11.2024 [13:19]

Azərbaycanda noyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 9-11° isti olacağı ehtimal edilir.