Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Çin Beynəlxalq Təchizat Zənciri Sərgisində iştirak edir

28.11.2024 [19:18]

Xəbərin mətni

Pekində 2-ci Çin Beynəlxalq Təchizat Zənciri Sərgisi (CISCE) keçirilir.
AZƏRTAC xəbər verir ki, “Dünyanı ortaq gələcək üçün birləşdirək” devizi altında keçirilən sərgi dövlət rəsmilərinin, şirkət rəhbərlərinin, ekspertlərin iştirakı ilə sənaye və təchizat zənciri sahələrində beynəlxalq əməkdaşlığın təşviqinə fokuslanıb.
Sərgidə tanınmış sənaye, texnologiya, kommunikasiya, logistika şirkətləri ən son texnologiyalarını və innovativ həllərini təqdim edir.