Dövlət Sosial Müdafiə Fondunun xərclərində 727 milyon manatlıq artım var
28.11.2024 [19:43]
Növbəti ildə Azərbaycanda 5-ci sosial islahat paketi həyata keçiriləcək. Həmin islahat zərfi çərçivəsində əməkhaqqlarının, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur. Hazırda isə Milli Məclisdə büdcə müzakirələri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun sözlərinə görə, büdcə zərfi sosial yönümlülüyü ilə diqqət çəkir.