CƏMİYYƏT


MDU-da “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin iştirakı ilə “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib. Sözügedən təlimdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, həmçinin 9 ali təhsil müəssisəsinin - Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 100-dən çox akademik və inzibati heyəti, media nümayəndələri iştirak ediblər.