SİYASƏT
Parisdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb
12.12.2024 [19:18]
Xəbərin mətni
Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu olduğunu deyib. Bildirib ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən xarici və daxili siyasəti dayanır.