Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti təmin olunub

14.12.2024 [17:50]

Xəbərin mətni

Gecə saatlarında Şamaxı və Qobustan rayonları ərazinə yağan qar və güclü çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində buzlaşmaya səbəb olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun buz bağlaması avtomobillərin hərəkəti üçün təhlükə yaradıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismar MMC-nin əməkdaşları əraziyə texnika və canlı qüvvə cəlb edib. Yolun buzdan təmizlənməsi üçün hərəkət hissəsinə qum-duz qarışığı səpilib.