Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi keçirilib

14.12.2024 [21:58]

Xəbərin mətni

Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager Azərbaycanda səfərdədir. AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Gallager tərəfindən təqdisetmə mərasimi keçirilib.