DÜNYA
Fransa müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə İnsan Hüquqları meydanında aksiya keçiriblər
14.12.2024 [23:02]
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə Trakodero - İnsan Hüquqları meydanında aksiya keçiriblər. AZƏRTAC xəbər verir ki, İnsan Hüquqları meydanına toplaşan, keçmişdə və hələ də Fransanın müstəmləkəsi altında olan ölkələrin - Yeni Kaledoniya, Korsika, Madaqaskar, Qəmər adaları, Əlcəzairdən olan insanlar kolonializmə etirazlarını bildiriblər. Onlar əllərində “Ədalətsizliyə qarşı birlikdə olaq”, “Xalqların suverenliyi: sizin subyektlər deyilik”, “Azadlıq uğrunda mübarizə: kolonializmə yer yoxdur”, “Keçmişin yaraları sağalmalıdır: birgə hərəkət edək”, “Bütün xalqlara azadlıq: kolonializm bitdi”, “Gücümüz birlikdədir: burda kolonializmə yer yoxdur”, “Fransa elə kasıbdır ki, malqaşlardan oğurluq edir” kimi şüarlar səsləndiriblər.