Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb

16.12.2024 [13:36]

Xəbərin mətni

Bu ilin noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi  əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 92 əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və  aidiyyəti üzrə təhvil veriliblər.