Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə dövlət büdcəsindən ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb

16.12.2024 [17:25]

Xəbərin mətni

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.