Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vyetnam nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

17.12.2024 [17:59]

Xəbərin mətni

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dəvəti ilə Vyetnam Sosialist Respublikasının Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huongun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Dövlət Statistika Komitəsinin rəhbərliyi və Vyetnam nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.