Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

17.12.2024 [18:11]

Xəbərin mətni

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Vyetnamın Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huongun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının böyük məmnunluq doğurduğu qeyd edilib.