Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dənizkənarı Milli Parkda bayram hazırlıqları bitmək üzrədir

18.12.2024 [22:30]

Bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni İlə xüsusi hazırlıq işləri aparılır. Bu il Dənizkənarı Bulvar İdarəsi, bayram əhval-ruhiyyəsi daha yaxşı çatdırmaq, bir növ qonaqlarımızın zövqünü oxşamaq üçün Yeni il hazırlıqlarını daha geniş miqyasda, yeni və fərqli tərtibatda təqdim edəcək.