Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MSK bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar keçirib

19.12.2024 [13:19]

Xəbərin mətni

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.
AZƏRTAC xəbər verir ki, genişmiqyaslı proqrama əsasən dekabrın 19-da bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub.